
Bu elektron sayt (sonralar “Sayt”) İsviçrədə olan Stelzenstrasse 4, 8152 Glattbrugg, ünvanında yerləşən Chevrolet Avropa şirkəti tərəfindən dəstəklənir. Bu hüquqi informasiyanın kontekstində Chevrolet özündə GMAC və onunla əlaqədə olan kompaniyaları birləşdirir.
1. İntellektual Mülkiyyət
Bu “Sayt”-da dərc olunan materiallar Chevrolet-in İntellektual Mülkiyyətidir. Bu materialların sürətini çıxarmaq, təkrar məhsullandırmaq olmaz, ancaq o hallarda ki, onların kompyuterin ekranında baxılması lazım olsun. Buna baxmayaraq Siz bu materialları həmən “Sayt”ın tam səhifələrini formasında çap edib, istifadə edə bilərsiniz. Aşağıda göstərilənin ümumliyini pozmayaraq, Chevrolet vaxt aşırı Sizə imkan yaradır ki, “Sayt”dan rəsmləri, fonları, ekran qoruyucuları və başqalarını yükləyəsiniz. Həmən yükləmələr Chevrolet-in Materiallarının Yüklənməsi Şərtləri ilə tənzimlənir.
2. Sayta” bağlanma
Əgər Siz “Sayta” bağlanmaq istəyirsinizsə, onda bu ancaq Chevlolet-in Ana Səhifəsi olmalıdır.
3. İnformasiyanın dəqiqliyi
Bu “Sayt”da çap olunan məlumat ancaq Avropada Chevrolet istifadəçıləri üçün nəzərdə tutulub, və başqa məqsədlərlə istifadə oluna bilməz.
Chevrolet bütün mümkün olan dərəcədə çalışır ki, “Sayt”-ın məlumatlarının dəqiqliyini və aktuallığını təmin etsin
HƏR BİR İNFORMASİYAYA TAM ARXAYIN OLMAQ LAZİM DEYİL. CHEVROLET BU “SAYT”DA ÇAP OLUNANLARA VƏ BU İNFORMASİYA İSTİFADƏ OLUNARKƏN ƏMƏLƏ GƏLƏN HADİSƏLƏRƏ GÖRƏ ÖZÜNDƏN QANUNLA İCAZƏ VERİLƏN DƏRƏCƏDƏ CAVABDEHLİYİ BÜTÜN HƏCMDƏ ÇIXARIR( ÖLÜM VƏ XƏSARƏTLƏR İSTİSNA OLARAQ). AŞAĞIDAKILARIN ÜMUMİLİYİNİ POZMAYARAQ,CHEVROLET ÖZÜNDƏN QANUNLA VERİLƏN TƏRZDƏ SİZİN BU “SAYT”DAN İSTƏFADƏ OLUNAN HALLARDA( ÖLÜM VƏ XƏSARƏTLƏR İSTİSNA OLARAQ)
CAVABDEHLİYİ ÇIXARIR.
4. İnformasiyanın müdafiəsi
Chevrolet hər bir insanın şəxsi məlumatına hörmət edir. Paraqraf 4 bu informasiyanı təsvir edir, və hansı sürətdə istifadə olunmasını təyin edir.
Chevrolet Sizin şəxsiyyəti açıqlandıran məlumatı (yəni Sizin adınız, ünvanınız, telefonunuz, elektron poçt ünvanınız-“şəxsi informasiya”) heç vaxt toplamaz,
əgər Siz onu bizə öz razılığınız ilə təqdim etməsəniz. Əgər Siz Chevrolet-ə şəxsi informasiyanızı təqdim etsəniz, şirkət marketinq, marketinq axtarışları aparmaq,
satışdan sonraki xidmət, satış məlumatlarını izləmək, Sizinlə əlaqə saxlamaq məqsədi ilə gizli saxlayaraq bu informasiyanı yuxarıda göstərilən hallarda
Sirkətlə əlaqədə olan beynəlxalq kompaniya qruplarına və dilerlərinə aça bilər.
Əgər siz gələcəkdə informasiyanı almaq istəmirsənizsə, xahiş olunur “Göndərmək” düyməsini basmadan əvvəl “Sayt”da doldurulmuş formaların aşağında quş qoyun.
Əgər Siz şəxsi informasiyanı artıq göndərmisiniz və istəyirsiniz ki, məlumat bazadan silinsin, bizə bu “Sayt”ın Paraqraf 4-də göstərilən ünvana məktub göndərin, və ya +994124334888 telefon nömrəsi ilə Bizimlə əlaqə saxlayın.
Biz Sizin məlumatları silmək üçün mümkün olan bütün cəhdləri göstərəcəyik.
Avtomatik Yığılan Şəxsiz İnformasiya
Bəzi hallarda Biz sizin xəbəriniz olmadan şəxsi informasiyanızı yığa bilərik. Bu aşağıdaki göstərilən amillərdən asılıdır: istifadə etdiyiniz İnternet Brauzer tipi; kompyuterinizin əməliyyat sistemini tipi;WebSaytın domen-adı, haradan ki, Siz bizim “Sayt” ilə əlaqə yaradırsınız; reklam aparacılarına keçid.
Eyni zamanda biz öz məlumatımızı Sizin kompyuterin sərt diskində yerləşdirə bilərik. Bu bizim “Sayt”a bağlandıqdan sonra baş verə bilər. Bu cür informasiya(Cookies) və ona oxşar fayllar bizə reklamın və WebSaytın adaptasiyasında kömək edir, çünki onlar Sizin arzu və istəklərinizə daha yaxşı uyğunlaşırlar. Müasir Brauzerlər həmən o Cookies-lərin yüklənməsindən xəbərdarlıq verir və istədiyiniz zaman silməyə imkan yaradır.
Xahiş olunur , Sizin İnternet Brauzer istifadəsi təlimatına müraciət edəsiniz, ona görə ki, bu imkanlardan daha çox biliyiniz olsun.
Sizin şəxsi informasiyanın istifadəsi ilə əlaqədar yaranılan suallar halında, rica edirik sorğularınızı bu ünvana göndərin: AZ 1012, H.Zərdabi 88.
5. Mübahisələrin həlli
Bu “Sayt” ilə əlaqədər yaranan bütün mübahisələr Chevrolet-in milli ofisi yerləşən ölkənin məhkəməsində müvafiq qanunlara uyğun olaraq həll olunacaq.
Copyright © 2007, Chevrolet Azerbaijan